Mühasiblərin peşə fəaliyyətinin inkişafı mövzusunda görüş keçirildi | Banco.az

Mühasiblərin peşə fəaliyyətinin inkişafı mövzusunda görüş keçirildi

Azərbaycan Respublikası Maliyyə Nazirliyi, Peşəkar Mühasib Təşkilatları kimi fəaliyyət göstərən Azərbaycan Professional Maliyyə Menecerləri Assosiasiyası (APFM), Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) və Gənc Mühasiblər İctimai Birliyi (GMİB) və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Tədris Mərkəzi arasında birgə görüş keçirilib.

Görüşdə “Mühasibat uçotu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə Qanunun qüvvəyə minməsindən irəli gələn vəzifələr, mühasiblərin peşə fəaliyyətinin inkişafı, peşəkar mühasib sertifikatının əldə edilməsi və bu təşkilata üzv olmanın zəruriliyi, peşəkar mühasib təşkilatları tərəfindən aparılan maarifləndirici tədbirlərin əhəmiyyəti və bu istiqamətdə fikir mübadiləsi aparılıb.

Həmçinin tərəflər arasında qarşılıqlı faydalı əməkdaşlıq istiqamətlərinin müəyyən edilməsi, təcrübə mübadiləsi, qanunvericiliyə dəyişikliklərin edilməsi üzrə məsləhətləşmələrin aparılması, fəaliyyət prosesində yaranan problemlərin həllində koordinasiyanın təşkili və vahid yanaşma prinsiplərinin tətbiqi diqqət mərkəzində olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram