“Peşəkar mühasib” kursunun növbəti qrupuna iştirakçı qəbul elan edilir | Banco.az

“Peşəkar mühasib” kursunun növbəti qrupuna iştirakçı qəbul elan edilir

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) “peşəkar mühasib” hazırlıq kurslarının növbəti qrupuna iştirakçı qəbulunu elan edir. Kurs Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilməsi nəzərdə tutulan “Peşəkar mühasib” sertifikasiya imtahanlarına hazırlığı ehtiva edir. Kurs müddətində Maliyyə Hesabatlarının Beynəlxalq Standartları əsasında uçotun aparılması, MHBS əsasında maliyyə hesabatlarının hazırlanması və İctimai sektor üçün mühasibat uçotunun beynəlxalq standartlarına (İPSAS) dair əsas məqamlar tədris olunacaqdır.

Kursda iştirak etmək istəyən şəxslərdən 30 mart 2020-ci il tarixindək qeydiyyat formasını (http://arpa.org.az/az/pes%c9%99kar-muhasib-hazirliq-kursu/) dolduraraq aşağıdakı email ünvanına göndərmək tələb olunur. Kurs üzrə tədrisə 04 aprel 2020-ci ildən etibarən başlanacaqdır.

Ən sərfəli kredit üçün müraciət et

Kursun müddəti: 7 ay

Kursun qiyməti: 150 AZN/ay

Əlaqələndirici şəxs: Səadət Hüseynova

Tel: (+99412) 505 53 02; (+99455) 202 93 43

Email: [email protected]

Ən sərfəli krediti almaq üçün müraciət et