Peşə ixtisas təhsilində Alman təcrübəsi tətqiq edilir | Banco.az

Peşə ixtisas təhsilində Alman təcrübəsi tətqiq edilir

Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının  Almaniyanın Maklenburq Ön Pomeraniya vilayətinin İqtisadi Tədris Mərkəzi ilə birgə həyata keçirdiyi “Peşə təhsili sahəsində tərəfdaşlıq” layihəsi çərçivəsində seminar keçirilib. Banco.az xəbər verir ki, Ötən ildən icra edilən layihənin məqsədi  dövlət-özəl əməkdaşlığı çərçivəsində işəgötürənlərin peşə təhsili müəssisələri ilə tərəfdaşlığa cəlb edilməsi və bu prosesin ölkəmizdə təşviq olunmasıdır.

Alman və azərbaycanlı ekspertlərdən ibarət işçi qrupun üzvləri   seminarda bu sahədə mövcud vəziyyəti və əldə olunmuş nəticələri müzakirə ediblər.

Peşə təhsili müəssisələrinin tələblərini və kadr ehtiyaclarının öyrənmək məqsədilə  onlayn  monitorinq sisteminin yaradılması istiqamətində əldə  olunmuş nəticələr  geniş müzakirə olundu.

Ən sərfəli kredit üçün müraciət et

Monitorinq sistemi açıq və qapalı suallardan ibarət onlayn sorğudur. Bu konsepsiya işəgötürənlərin keyfiyyət və kəmiyyət tələblərinin və kadr ehtiyaclarını öyrənməyə imkan verəcək. Burada məqsəd peşə-ixtisas təhsili müəssisələri tərəfindən kiçik və orta biznes sahəsində fəaliyyət göstərən sahibkarlıq subyektlərinin tələblərinə uyğun kadrların hazırlanmasına nail olmaqdır.

Sonda qarşıdakı aylarda sahibkarlarla birgə seminarların keçirilməsi və monitorinqin mahiyyəti və məqsədi barədə işəgötürənləri məlumatladırmaq qərara alınıb.

Ən sərfəli krediti almaq üçün müraciət et