“PalPay” beynəlxalq ödəniş sisteminin istifadəçiləri bundan belə öz hesablarından kriptovalyuta ala, sata, saxlaya biləcəklər.
İlkin mərhələdə “PayPal” istifadəçiləri birbaşa öz hesablarından “Bitcoin”, “Ethereum”, “Bitcoin Cash”, “Litecoin” ilə əməliyyatlar apara biləcəklər.
Bu xidmət ABŞ-dakı istifadəçilər üçün qarşıdakı bir neçə həftə ərzində açıq olacaq, 2021-ci ilin birinci yarısında isə başqa ölkələri də əhatə edəcək.
“PayPal”ın prezidenti və baş direktoru Dan Şulman bu barədə bildirib: “Rəqəmsal valyutaların labüd tətbiqi nəticəsində maliyyə xidmətlərinin əhatəsi və əlçatan olması, önənişlərin səmərəli, sürətli, dayanıqlı olması, habelə hökumətlərin vəsaitləri vətəndaşlar arasında tez bölüşdürə bilməsi baxımdan açıq-aşkar üstünlük gətirir”.
Report
Bizi sosial şəbəkələrdən izləyin!!