Сəlal Qasımov - hazırda Paşa Holdinqin direktor müavini olmaqla yanaşı, həm də “PAŞA Bank” ASC-nin Türkiyədəki törəməsi - “PAŞA Yatırım Bankası”nın idarə heyətinin sədridir. O, bu vəzifəni 2017-ci ilin aprel ayından icra edir. Eyni zamanda o, Kapital Bankda müşahidə şurasının sərdridir. Adları çəkilən hər üç qurum Paşa Holdinqin tərkibindədir.
Eyni anda, üç əhəmiyyətli vəzifənin ona həvalə edilməsi Cəlal müəllimin peşəkarlığına yüksək etimadın olması ilə izah olunur. Öz dəsti xətti ilə seçilən C. Qasımov bank sektorunda, xüsusən yüksək idarəetmədə kifayət qədər tanınır.
Cəlal müəllimin, Paşa Holdinqə transferi 2015-ci ilin aprel ayına təsadüf edir, həmin dövrə qədər C. Qasımov Unibankın Baş İcraçı Direktoru idi.
C. Qasımov, bank sahəsində aqressiv inkişaf strategiyası və bu strategiyanı reallaşdıra biləcək kadrları ətrafına toplamaq bacarığı ilə tanınır. Onun rəhbərliyi dövründə həm Bank of Baku, həm də Unibank öz inkişaflarının ən yaxşı dövlərini yaşamışlar.
Təhsil:
- MBA Warwick biznes məktəbi, Böyük Britaniya
- Beynəlxalq İqtisadi Münasibətlər üzrə magistr dərəcəsi, ADA
- Beynəlxalq İqtisadi Münasibətlər üzrə bakalavr dərəcəsi, AzDİU
Karyera:
- PAŞA Holding, Direktorun birinci müavini;
- KAPİTAL Bankın Müşahidə Şurasının sədri;
- Unibank, Baş İcraçı Direktor
- CRA Şirkətlər Qrupu, Maliyyə departamentinin direktoru;
- Bank of Baku, İdarə Heyətinin sədri;
- Azpetrol, Vitse-President.(daha ətraflı)
“PAŞA Holding” MMC öz strukturları vasitəsi ilə bank, sığorta, tikinti, turizm və daşınmaz əmlak sektorlarının inkişafına yatırımlar edir.
Holdinq fəaliyyətə başladığı 2006-cı ildən bəri öz biznesini effektiv menecment, korporativ idarəetmə və düşünülmüş investisiya qərarları əsasında qurur.
Holdinqdə iki növ investisiya aktivi portfeli mövcuddur: “PAŞA Qrup” şirkətlərində səhmlərin nəzarət payı və kiçik özəl kapital investisiyaları.
- ÜMUMİ AKTİVLƏR: 3 mlrd AZN
- KAPİTAL: 800.000.000 AZN
- ÜMUMİ İŞÇİ SAYI: 2500-dən çox
Qeyd: "PAŞA Yatırım Bankası" iki il öncə "PAŞA Bank" ASC-nin Türkiyənin "Aksoy Holding"inə məxsus "TAİB Bank"ın səhmlərini alması ilə yaradılıb. Hazırda Azərbaycan tərəfi səhmlərin 99,92%-nə nəzarət edir.