"PAŞA Həyat Sığorta" əmək qabiliyyətini itirmiş şəxsə sığorta ödənişi etdi | Banco.az

"PAŞA Həyat Sığorta" əmək qabiliyyətini itirmiş şəxsə sığorta ödənişi etdi

"PAŞA Həyat Sığorta" ASC istehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta növü üzrə növbəti irihəcmli sığorta ödənişi həyata keçirib.

Aparıcı şirkətlərin birində çalışan işçinin baş vermiş bədbəxt hadisə zamanı xəsarət alması sığorta olunanın peşə əmək qabiliyyətinin 90%-ni itirməsi ilə nəticələnib.

Ən sərfəli kredit üçün müraciət et

Zərərçəkmiş şəxsin işlədiyi müəssisə ilə bağlanmış sığorta müqaviləsində qeyd olunan şərtlərə uyğun olaraq, həmçinin "İstehsalatda bədbəxt hadisələr və peşə xəstəlikləri nəticəsində peşə əmək qabiliyyətinin itirilməsi hallarından icbari sığorta üzrə birdəfəlik sığorta ödənişi məbləğinin hesablanması qaydası" tətbiq edilməklə zərərçəkmiş şəxsə 110 522,53 AZN həcmində birdəfəlik sığorta ödənişi verilib.

Ən sərfəli krediti almaq üçün müraciət et