PAŞA Həyat “International Association of Sales Professionals” təşkilatının rəsmi üzvü seçilib | Banco.az

PAŞA Həyat “International Association of Sales Professionals” təşkilatının rəsmi üzvü seçilib

PAŞA Həyat Sığorta illərdir ki, ölkənin sığorta bazarında yüksək xidmət və fəaliyyət standartları təqdim edən şirkət olaraq tanınır. Şirkətdə çalışan hər bir əməkdaş peşəkarlıq baxımından tam püxtələşmiş kadrdır və çalışdığı sahə üzrə daim inkişaf imkanlarıaxtarışındadır. Bu məqsədlə şirkət davamlı şəkildə əməkdaşları üçün müxtəlif inkişaf və təcrübə layihələri həyata keçirir.

Noyabr ayından etibarən PAŞA Həyat Sığorta şirkətinin satış əməkdaşları “InternationalAssociation of SalesProfessionals” təşkilatının rəsmi üzvü seçilib. Bununla da satış əməkdaşları beynəlxalq miqyaslı tədbirlərə qatılmaq, xarici təcrübələrdən yararlanmaq, yeni əlaqələr qurmaq, masterklasslar və təlimlərdə iştirak etmək imkanı qazandılar.

Ən sərfəli kredit üçün müraciət et

PAŞA Həyat şirkəti satış yönümlü yeni addım atmaqla yanaşı, bir daha müştəriləri üçün daha uğurlu, daha proqressiv keyfiyyət təqdim etməyə hazır olduğunu nümayiş etdirir.

 

Ən sərfəli krediti almaq üçün müraciət et