Azərbaycan bazarında innovativ layihələr ilə məşhur olan aktivlərinin həcminə görə ölkənin ən böyük özəl bankı PAŞA Bank öz yeni məhsulunu - Miles&Smiles ko-brend mil kartınıbazara çıxardı.
Korporativ müştəriləri və bankın maaş karı sahibləri üçün təqdim olunan məhsul və xidmətlərdən fərqli olaraq bu məhsul bütün əhali üçün nəzərdə tutulur. PAŞA Bank-ın Miles&Smiles kartından ölkə vətəndaşları ilə yanaşı, burada işləyən və ya Azərbaycanda şəxsi biznesini quran əcnəbilər də istifadə edə bilərlər. Yəni, bu, ənənəvi korporativ bankın hər kəsin istifadə edə biləcəyi ilk pərakəndə məhsuludur", - deyə bankın Fərdi Bankçılıq Departamentinin Direktoru Kamran Heydərov Trend informasiya agentliyinə verdiyi müsahibəsində xüsusi olaraq vurğulayıb.
- Zəhmət olmasa, başlanğıc üçün yeni məhsulunuzu təqdim edin.
- Carı ilin may ayından etibarən biz dünyanın ən böyük aviaşirkətlərindən biri Türk Hava Yolları (THY) ilə tərəfdaşlıqda ko-brend formatlı Miles&Smiles mil kartını Azərbaycan bazarına təqdim etdik. Bu, yerli bazar üçün tamamilə yeni məhsuldur. Türkiyədə analoji kart uzun illər əvvəl istifadəyə verilmişdir və biz əminik ki, Azərbaycanda da bu layihə böyük uğur qazanacaqdır.
Dünyanın müxtəlif aviaşirkətlərinin xidmətlərindən tez-tez istifadə edən sərnişinlər adətən onların loyallıq proqramları üzrə qeydiyyatdan keçirlər. Mil kartlarına sahib olmaqla onlar hər uçuş zamanı millər qazanır və sonra onları aviaşirkətin təklif etdiyi aviabiletlərə və digər xidmətlərə dəyişdirə bilirlər.
Bizim PAŞA Bank Miles&Smiles kartımızdan istifadə edərək kart sahibləri milləri yalnız uçuşun həyata keçirilməsi zamanı deyil, həm də bu kartla edilən hər bir ödənişə görə əlavə millər qazanırlar. Üstəlik bu, ölkə daxilində və xaricində ticarət və xidmət obyektlərində PAŞA Bank-ın POS terminallar şəbəkəsi daxilində və xaricində edilən ödənişlərə şamil edilir.
- Bəs aviaşirkətin loyallıq kartına artıq sahib olanlar sizin kartları nəyə görə alsınlar? PAŞA Bank hansı üstünlükləri təklif edir?
- Ondan başlayaq ki, millərin toplanması bizim kartla həyata keçirilən istənilən əməliyyat zamanı, həmçinin gündəlik ödənişlərin aparılması zamanı baş verir. Gündəlik ödənişlər dedikdə, ipoteka ödənişləri daxil olmaqla, restoranlarda və müxtəlif istirahət yerlərində, supermarketlərdə, ticarət mərkəzlərində, geyim mağazalarında, yanacaqdoldurma məntəqələrində və s. aparılan ödənişlər nəzərdə tutulur. Yəni, millər daha tez toplanır.
Bu kartla Müştərilər səyahət sığortası, habelə telefon, və ya ölkəmizdə ilk dəfə WhatsApp Telegram, Viber kimi mesajlaşma proqramları üzərindən Chatbot vasitəsi ilə konsyerj xidmətlərindən istifadə etmə imkanını əldə edirlər.
PAŞA Bank Miles&Smiles kartları Lounge Key proqramından istifadə imkanını da təklif edir. Bu, kart sahiblərinə dünyanın mindən artıq hava limanında gözləmə zamanı VIP və ya biznes-zonalara giriş imkanını yaradır. Əlbəttə ki, kart sahibləri üçün digər endirim proqramları , məsələn otellərdə, avtomobillərin icarəsi, hava limanların duty free zonalarında alış-veriş zamanı endirimlər də mövcuddur. PAŞA Bank-ın Miles&Smiles kartları yalnız milli valyutada buraxılır, və kart sahibləri üçün sevindirici haldır ki, dünyanın istənilən nöqtəsində 2,000 manata qədər nağd pul çıxarılması üçün PAŞA Bank tərəfindən əlavə konvertasiya haqqı tutulmur.
- Millərin hesablanması necə həyata keçiriləcək?
- PAŞA Bank Mastercard bazasında buraxılan iki növ kart təklif edir – Black və Elite.
Black kartının sahibləri həyata keçirilən ödəniş zamanı hər iki manat üçün bir mil qazanırlar. Elite kartının statusu isə daha yüksəkdir və xərclənən vəsait ekvivalentində mil toplamağa imkan verir, yəni kart sahibi xərclədiyi hər bir manat üçün müvafiq olaraq bir mil alacaq.
Lakin, biz öz müştərilərimizə təqdim etdiyimiz imkanların siyahısını daha da genişləndirmək qərarına gəldik. Burada söhbət alış-veriş və ya xidmətlərin ödənişləri zamanı kart sahiblərinin daha çox mil ala biləcəkləri partnyor şəbəkəsindən gedir. Bu günədək həmin şəbəkəyə öz xidmətlərini 280 xidmət nöqtəsində təqdim edən 70 partnyor qoşulmuşdur. Bizim partnyorlarımız arasında kafe və restoranlar, məişət texnikası şəbəkəsi, müxtəlif seqmentlərdə geyim mağazaları, yanacaqdoldurma məntəqələri şəbəkəsi, mobil operator və s. ticarət və xidmət obyektləri yer alırlar. Xüsusilə qeyd etmək istərdim ki, Heydər Əliyev Beynəlxalq Hava Limanının duty free zonasına daxil mağaza, restoran və kafelərdə istənilən alış-veriş də kart sahibinə əlavə millər qazandırır.
Kart sahibləri partnyor şəbəkəsinə daxil olan şirkətlərin xidmətlərindən istifadə edərək ödənilən hər bir manat müqabilində əlavə 3, 5, hətta 10 mil qazana biləcəklər. Beləliklə pulsuz uçuş üçün yetərli miqdarda milləri daha da tez toplamaq mümkündür.
- Bu məhsul bazarda mövcud olan digər analoji təkliflərə qarşı uğurla rəqabət apara bilərmi?
- Əlbəttə! Üstəlik, fikrimizcə, PAŞA Bank Miles&Smiles kartının ciddi üstünlükləri mövcuddur. Birincisi, Türk Hava Yolları 120-dən çox ölkəni əhatə edir və 308-dən çox istiqamət üzrə uçuşları həyata keçirir. Onu da qeyd etmək lazımdır ki, bu aviaşirkətin Azərbaycanda qeydiyyatdan keçmiş və loyallıq proqramından istifadə edərək öz mil hesabını PAŞA Bank Miles&Smiles hesabına inteqrasiya edə biləcək 40 mindən çox istifadəçisi var.
İkincisi, bizim "Welcome millər" kimi kifayət qədər ciddi mükafat proqramımız mövcuddur. Belə ki, kart sahibi ilk üç ay ərzində 5,000 manatdan artıq məbləğdə əməliyyat həyata keçirdikdə həmin əməliyyat zamanı toplanılan millərdən əlavə Bank tərəfindən "Welcome millər" müştərinin balansına bonus kimi daxil olunur. Bu miqdar isə onları bir aviabiletə, məsələn, Bakıdan İstanbula və ya Milana uçuş biletinə dəyişmək üçün yetərlidir. Elite kartının sahibləri isə ilk üç ayda 8,000 manat məbləğində əməliyyat həyata keçirdikdə əlavə olaraq 10,000 "Welcome" milləri qazanır. Bəzi hallarda kart sahibi qısa müddət ərzində biletə dəyişdirmək üçün yetərli miqdarda milləri toplamaya bilər. Biz bu halları da nəzərə almışıq və müştərilərimizə Avans milləri təqdim edə bilərik. Kart sahibi banka müraciət edərək Black kart üzrə 10 minə qədər, Elite-kart üzrə isə 20 minə qədər Avans millər götürə bilər. Əlbəttə, müəyyən vaxt keçdikdən sonra müştəri bu kartla alış-veriş edərək həmin avansı avtomatik qaytarır, bunun üçün isə kifayət qədər müddət – tam 18 ay verilir. PAŞA Bank Miles&Smiles kartını başqa analoji məhsullardan fərqləndirən digər xüsusiyyətlər də var. Məsələn, qazanılan milləri dəyişmək üçün heç bir məhdudiyyət olmadan THY-dən istənilən istiqaməti seçmək mümkündür.
- Bu məhsul ilk növbədə kimlərə yönəldilmişdir? Avia-uçuşlardan tez-tez istifadə edən vətəndaşlara?
- Mütləq deyil. Biz hesab edirik ki, xaricə istirahətə minimum ildə bir dəfə getməyi planlaşdıran istənilən şəxs bu məhsuldan faydalana bilər. Məsələn, 500-1,000 manat gəliri olan müştərilər xüsusilə, nağdsız ödənişlərə üstünlük verdikdə kartın bütün üstünlüklərindən tam istifadə edərək bir il ərzində pulsuz bilet əldə etmək üçün kifayət qədər mil toplaya bilərlər.
- Bu təkliflə maraqlananlar kartı necə əldə edə bilərlər? Məhsulun qiyməti haqqında bir qədər danışa bilərsinizmi?
- PAŞA Bank Miles&Smiles kartını miles.pashabank.az veb-saytı vasitəsilə onlayn şəkildə sifariş etmək olar. Əgər bizim kartımızı almaq istəyən şəxsin THY loyallıq kartı artıq mövcuddursa, sifariş zamanı sadəcə onun qeydiyyat nömrəsi daxil edilir və yuxarıda qeyd etdiyim kimi, qalıq balans saxlanılır.
Balansı aviaşirkətin mobil əlavəsi vasitəsilə yoxlamaq mümkündür, burada hər alış-verişdən 15 gün sonra toplanmış millərin aktual sayını görmək olur. Biz isə öz növbəmizdə yaxın zamanlarda yeni "Müştərinin şəxsi kabineti" funksiyasını tətbiq edəcəyik –, beləliklə müştəri toplanmış balansını, etdiyi əməliyyatları, harada və nə qədər mil qazandığını görə biləcək.
Black kartın qiyməti 250 manatdır, Elite kart isə 600 manata başa gəlir, hər iki halda kart 1 il deyil, 3 il müddətinə verilir. Ola bilər ki, kiməsə bu məhsul o qədər də əlçatan görünmür, lakin digər tərəfdən, müştərilər millər topladıqca öz şəxsi təcrübələrində onun nə qədər effektiv olduğunu görəcəklər. Geniş partnyor şəbəkəsinin və ekstra millər alma imkanının mövcudluğu nəzərə alınarsa, millər kifayət qədər tez toplanacaq. Hazırda biz məhsulun daha əlçatan olması üzərində düşünürük. Güman edirik ki, yaxın gələcəkdə biz bu məhsulu əldə etmək istəyən hər kəsə onu hissə-hissə ödəməyi təklif edə biləcəyik.
- Məhsulun gələcək inkişafına dair planlarınız varmı?
- Gələcəkdə biz bonus millərinin status millərinə dəyişdirilmə funksiyasını əlavə etməyi planlaşdırırıq. Qeyd edim ki, status milləri kart sahiblərinə daha böyük üstünlüklər verir. Çox güman ki, müştərilər bu kartı digər şəxslər üçün hədiyyə olaraq də əldə edə biləcəklər. Hələlik bütün planlarımız haqqında danışmayacağam, lakin qeyd edim ki, biz daha çox millər toplamağa imkan verən xüsusi həvəsləndirici kampaniyaların da keçirilməsini planlaşdırırıq. Bu isə müştərilərimiz üçün xoş sürpriz olacaq.
Bu, PAŞA Bank-ın ilk pərakəndə məhsulu deyil, lakin təklif etdiyimiz digər pərakəndə məhsullardan yalnız PAŞA Bank-ın əməkhaqqı kartları sahibləri faydalana bilir. PAŞA Bank Miles&Smiles kartı isə hər kəs üçün nəzərdə tutulan ilk məhsuldur. Məhz bunun üçün bu məhsul bizim üçün çox vacibdir və onun uğur qazanacağına əminik. Kart sahiblərinin qarşısında açılan imkanlar onların seçimlərinə də təsir göstərəcək, və onlar nağdsız ödəmələrə üstünlük verməyə başlayacaq. Biz əminik ki, yaxın gələcəkdə PAŞA Bank Miles&Smiles kartı onun sahibləri üçün əsas alış-veriş aləti və cüzdanlarının ən vacib kartı olacaq.