PAŞA Bank ilə əmək haqlarının köçürülməsi artıq 24/7 rejimində! | Banco.az

PAŞA Bank ilə əmək haqlarının köçürülməsi artıq 24/7 rejimində!

Azərbaycanın aparıcı korporativ bankı PAŞA Bank müştərilərin ehtiyacları əsasında hazırlanmış yeni funksionallığı istifadəyə verdi.

Belə ki, artıq Bankın bütün korporativ müştəriləri öz işçilərinin əmək haqlarını istənilən yerdə, istənilən zaman onlayn şəkildə köçürə bilərlər. Təqdim olunan funksionallıq sahibkarların vaxtına qənaət edəcək və əməkhaqqı ödənişlərini əhəmiyyətli dərəcədə sürətləndirəcək.

Ən sərfəli kredit üçün müraciət et

PAŞA Bankın Onlayn Bank xidmətinin təklif etdiyi bütün məhsul və xidmət çeşidləri ilə yaxından tanış ola bilər. Bundan əlavə, sahibkarlar Bankda cari hesab açmadan yeni əməkhaqqı kartlarının sifarişi üçün ərizələri tərtib edə, faktorinq məhsullarından yararlana bilərlər.

Xidmətdən yararlanmaq və istifadəyə başlamaq üçün: https://pashabank.digital/login#/ 

Ən sərfəli krediti almaq üçün müraciət et