Parlamentin qərarı insanları ayağa qaldırıb | Banco.az

Parlamentin qərarı insanları ayağa qaldırıb

Qanun layihəsi 229 millət vəkillinin “hə” deməsi ilə qəbul edilib.

Yunanistan Avrozona ölkələri arasında razılaşma əsasında qəbul edilən islahatlar pakeri artıq yunan parlamentində müzakirəyə çıxarılıb. Paket 229 millət vəkilinin “hə” deməsilə qəbul edilib.

Banco.az "ANSPRESS"ə istinadən məlumat verir ki,  etiraz aksiyaları parlamentin yerləşdiyi Sintagma meydanında baş verib.

Təxminən 150 nəfərlik qrup polisə molotof kokteyli və daşlar atıb. Bəzi etirazçılar bankomantları və maşınları yandırıb. Polislə toqquşmada iştirak edən 50 nəfər aksiya iştirakçısı həbs edilib

Yunanıstanda gecə baş verən toqquşmalar

Bir çox etirazçılar aksiyanın dinc xarekterli olmasını göstərmək üçün meydana uşaqları ilə gəliblər. İslahatlar paketinə etirazlar yanlız aksiyalarla bitmir. Yunanıstanda əzcaçılar və sosial sektorda işləyənlər də 24 saatlıq tətilə başlayıblar. 

Ən sərfəli kredit üçün müraciət et



Baş nazir Aleksis Tsipras bildirib ki, islahat paketini istəməsə də, qəbul etmək məcburiyyətində qalıblar. 

Aleksis Tsipras 200 mindən çox gəncin ölkəni tərk etdiyini və çoxunun Almaniyaya getdiklərinin bildirib. Etirazlara baxmayaraq keçirilən sorğulardan məlum olur ki, əhalinin 70 faizdən çoxu parlamentdə qəbul edilən qanunun qəbul edilməsini istəyiblər.