Pandemiyaya görə dünya iqtisadiyyatına dəyən ziyan 7 trln dollara çatacaq | Banco.az

Pandemiyaya görə dünya iqtisadiyyatına dəyən ziyan 7 trln dollara çatacaq

Koronavirusun yayılması səbəbindən dünya iqtisadiyyatına dəyən ümumi zərər 2021-ci ilin sonuna qədər 7 trilyon ABŞ dolları təşkil edəcək.

Bu qiymətləndirməni İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) baş iqtisadçısı Lorans Bun “Les Echos” qəzetinə verdiyi müsahibədə açıqlayıb.

“2021-ci il üçün proqnozlarımızı dəyişdirməmişik. Dünya iqtisadiyyatı proqnozlaşdırılandan daha sürətli bərpa olunmayacaq. Virusla hələ bir çox ay yaşayacağıq. 2021-ci ilin sonuna qədər qlobal ÜDM 7 trilyon ABŞ dolları itirəcək. Bu ciddi sarsıntıdır”, - o deyib.

Qeyd edək ki, İƏİT çərşənbə günü yaydığı hesabatda koronavirusun yayılması ilə bağlı vəziyyətin müsbətə doğru dəyişəcəyi halda 2020-ci ildə dünya ÜDM-nin azalma göstəricisinin əvvəlcədən proqnozlaşdırıldığı kimi 6% deyil, 4,5% ola biləcəyini qeyd edib.

Təşkilatdan yeni hesabatında 2020-ci ildə qlobal istehsalda azalmanın gözləniləndən daha az olduğu, lakin ən yeni tarix üçün görünməmiş hal olduğu vurğulanır. İƏİT-dən bildiriblər ki, məhdudlaşdırıcı tədbirlərin yüngülləşdirilməsindən və müəssisələrin yenidən işə başlamasından sonra istehsal həcmləri sürətlə artıb, lakin yay aylarında qlobal bərpa sürəti bir qədər yavaşlayıb.

Report

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram