Pandemiyanın təsiri ilə daşınmaz əmlak bazarında gözlənilən alıcı davranışları | Banco.az

Pandemiyanın təsiri ilə daşınmaz əmlak bazarında gözlənilən alıcı davranışları

Murad Hacıməmmədov (Rahatemlak.az daşınmaz əmlak portalının təsisçisi,daşınmaz əmlak eksperti)

Coworking (Birgə işləmə yerləri) tipli ofislərə təlabat artacaq

Pandemiya nəticəsində yaranan iqtisadi staqnasiya, ehtiyacların və öncəliklərin dəyişməsinə təsir etdiyi kimi karantin müddətində insanların fərli işləmə konsepti tətbiq etmələri səbəbilə insanların iş və ofis mədəniyyətlərinə də yenidən baxmalarına gətirib çıxardı. Bu isə öz növbəsində onların ofis icarəsi  planlarının dəyişməsinə gətirib çıxarır ki, qısa müddətdə biz, bu davranışın daşınmaz əmlak bazarında spesifik təsiri görəcəyik.

Alıcı davranışları

Sürətlə irəliləyən bu xoşagəlməz vəziyyəti ölçmək çox çətindir. Pandemiya dövründə ehtiyaclara əsaslanan və xərclərlə dəstəklənən pərakəndə satış sahələri (aptek və bazarlar kimi) qısamüddətli təlabat və öz növbəsində maliyyə resurslarının artımından faydalanır. Belə ki, bu keçici dövrdə virtual oyun setləri, online oyunlar, online market və yemək çatdırma xidməti kimi həm e-məhsul, həm də e-xidmətləri təmin edən çox kanallı tədarük zəncirinə sahib olan pərakəndə satış biznesləri çox güman ki, yaxşı performans göstərəcəkdir.

Başqa bir vacib məsələ, pandemiyanın mənzil sektorunun sosial-mədəni quruluşana və mənzil seçimlərinə də təsir göstərməsidir. COVID-19-un mənzil fenomeninə transformativ təsir göstərəcəyi fikri də daşınmaz əmlak sənayesini gözləyən gündəmlər arasındadır.

Qlobal səviyyədə son dövrdə yaşanan uzun müddət evdə zaman keçirmək və evdən işləmək zərurəti, mənzillərin yalnız sığınacaq kimi dəyərləndirilən funksiyasından kənarda qalmasına səbəb olmuşdur.

Gələcəkdə perspektivdə daşınmaz əmlak bazrına ilə bağlı bəzi beynəlxalq təcrübələrin müzakirə edilməsi lazım olan məsələlər kimi üzə çıxa bilər. Bunlar aşağıdakılardır.

- Bu müddətdə evdə iş təcrübəsi olan insanlar, səmərəliliyi artırmaq üçün yaşayış yerlərinin tənzimlənməsində yeni tələblər yaradacaqlarmı? Məsələn, daha kiçik, lakin daha çox otaq ölçüsü və ya müstəqil işə imkan verən qapalı tənzimləmə üçün istəklər meydana çıxa bilərmi? Ev-ofis seçimlərində artım olacaqmı? Bu vəziyyət ofis bazarına necə təsir edəcək?

Bütün bu suallar qlobal epidemiya COVID-19 ilə bizi gözləyən qeyri-müəyyən bir proses kimi nəzərdən keçirməli olduğumuz məsələlər kimi sadalana bilər.

Koronavirus əmlak vərdişlərini də dəyişdirdi ...

Koronavirus, demək olar ki, bütün vərdişlərimizi - insan münasibətlərindən tutmuş alış-verişə, iş aparmaq üsullarımızdan tutmuş yeməklərə qədər - sürətlə dəyişir. Daşınmaz əmlak bu dəyişiklikdən öz payını alan sektorlardan biridir. Fərdi bağ sahələri və bağ evləri olan insanlardan əlavə evlərə maraq artmaqda olsa da, insanlar bir otağı ofisə çevirmək üçün əlavə bir otaq istəyirlər.

Ən sərfəli kredit üçün müraciət et

Rahatemlak.az portalı üzərindən olan axtarışların sayına görə deyə bilərik ki, Bakıda həyət evlərinə olan tələb artmışdır. Mərkəzi rayonlarda, mənzillərdə, yaşayan vətəndaşlar bina evləri əvəzinə həyət evi, uşaqlarını gəzdirə biləcək istirahət saatlarını açıq havada keçirə biləcək həyət evlərinə, bağçalı evlərə, o cümlədəm böyük lakin qapalı ərazisi, müəyyən əyləndə və istirahət infrostrukturu olan yaşayış komplekslərinə üstünlük verirlər. Müştərilərin dəyişiklik istəyini belə izah etmək olar: Sözügedən təbəqə vətəndaşlarımız koronavirusla uzun müddət mübarizə aparacağımızı düşünürlər və hətta bu vəziyyət aradan qaldırılsa da, karantin tələb edən oxşar vəziyyət üçün tədbir görmək istəyirlər. Cəmi bir neçə ay öncə heç kim ev alarkən qərarvermə prosesində bu nüansları diqqətə almırdı.  

Bir otağı ofis kimi düzəldirlər

Pandemiyanın görünən təsirindən sonra aktiv iş ilə məşğul olan vətəndaşların artıq sosial məsafəni asanlıqla tətbiq edə biləcəkləri evə sahib olmaq istəyirlər. Digər tərəfdən evdən işləmənin yeni trendə çevrilməsinin fonunda evdə bir otaqdan ayrıca ofis olaraq istifadə edilməsi də tələb olunur. İndiki vəziyyətdə insanlar kiçik evlərində ev və iş həyatlarını bir araya gətirməkdə çətinlik çəkirlər. İki işləyən həyat yoldaşının eyni otaqda işlərini davam etdirmələri müxtəlif problemlərə səbəb olur ki, bu da sözükeçən tələbin formalaşmasına gətirib çıxarır.

Son iki ayda əmlak portallarında həyət evləri və bağ evləri kateqoriyaları üzrə axtarışlar 30% artıb

Qeyd edilənlərdən əlavə, pandemiyanın təsiri nəticəsində yaranan yeni trend həyət və bağ evlərinə tələbin ciddi şəkildə artmasıdır. İstər sosial izolyasiya tədbirləri, istərsə də karantin müddətində səmələri istirahət istəyi insanların bu kateqoriya üzrə evləri daha çox tərcih etməsinə gətirib çıxarmışdır.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et