Azərbaycanın xalq artisti, bəstəkar-müğənni və biznesmen Emin Ağalarov radio və tv aparıcısı Kseniya Sobçakın “Осторожно,Собчак!” verlişində verdiyi müsahibədə pandemiya dövründə yeganə gəlir gətirən biznesinin kriptovalyuta mayninqi olduğunu deyib. Restoran şəbəkəsi və fitnes klublara sahib olan Emin bu bizneslərin real ziyarətçilərdən aslı olduğunu və bu səbəbdən pandemiya zamanı gəlir gətirmədiyini deyib. Yeganə gəlir gətirən biznesinin isə kriptovalyuta mayninqinin olmasını və ümumilikdə kriptovalyutaların gələcəyinə inandığını qeyd edib.
Məlumat üçün qeyd edək ki, “Crocus Group”-un viste-prezidenti olan Emin Ağalarovun Moskva şəhərində özünün bitcoin mayninq ferması var və 2019-cu ildən SigmaPool adlı mayninq pulun 25% səhmlərinə sahibdir.
kriptoinvest.az
Bizi sosial şəbəkələrdən izləyin!!