"Palata bankların lisenziyalarını geri çağırmaq niyyətində deyil" | Banco.az

"Palata bankların lisenziyalarını geri çağırmaq niyyətində deyil"

Maliyyə Bazarlarına Nəzarət Palatası "Bank Standard"dan başqa hazırda digər bankların lisenziyalarının geri çağırılması və ya inzibatçıların təyin edilməsi imkanlarını nəzərdən keçirmir.

Trend-in məlumatına görə, bunu Palatanın Direktorlar Şurasının sədri Rüfət Aslanlı bu gün mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Palata ölkənin bütün banklarında vəziyyətə nəzarət edir və stress-testlər keçirir: "Hazırda digər banklarda problemlər müşahidə edilmir".