Özəl məktəblərin təhsil haqları nə qədərdir? | Banco.az

Özəl məktəblərin təhsil haqları nə qədərdir?

Yeni tədris ilinin başlanmasına bir aydan da az müddət qalıb. Hər kəs çalışır ki, uşağı daha yaxşı təhsil alsın. Bunun üçün yaxşı təhsil verən məktəbləri seçməyə çalışırlar. Bəziləri isə dövlət məktəblərində təhsilin keyfiyyətinin aşağı olmasını əsas gətirərək, özəl məktəblərə üstünlük verir. 

Özəl məktəblərdə təhsil dövlət məktəblərindən nəqliyyat xidməti, qidalanma, dərsdən sonra əlavə dərnək və məşğələlər, əlavə olaraq 2-3 xarici dilin öyrədilməsi və ya tədrisin yalnız xarici dildə aparılması ilə fərqlənir. Lakin nəqliyyat xərcləri, məktəbli forması, dərs vəsaitləri, bəzi hallarda qidalanma və s. xərclər təhsil haqqına daxil deyil. Qiymətlər təhsil pilləsindən asılı olaraq (ibtidai, orta və tam orta təhsil) fərqlənir. Bundan əlavə, qiymətlər Azərbaycan, rus və ingilis dilli qruplara görə dəyişir. Azərbaycan bölməsinə nisbətən xarici bölmələrdə illik təhsil haqları yüksəkdir. İngilis bölməsində isə qiymət daha bahadır. Bəzi məktəblərdə tədris yalnız ingilis dilində aparılır. Fərq yalnız yerli ingilis dilli və xarici müəllimlərindədir. Xarici müəllimlərin tədrisi yerli ingilis dilli müəllimlərə nisbətən baha olur. Dərslərdən sonra şagirdlər ev tapşırığını, daha sonra isə əlavə məşğələlərlə vaxtlarını səmərəli keçirirlər. Siniflərdə şagird sayının az olması da tədrisin keyfiyyətinə təsir edən başlıca amillərdəndir. Bəzi məktəblərdə mütəmadi imtahanlar keçirilir. Nəticəsi yüksək olanlara 10-15% endirim də tətbiq olunur. Eyni zamanda, əgər məktəbə bir ailədən 2 və daha çox uşaq gedərsə, təhsil haqqında endirim olur. Bəs bu məktəblərin təhsil haqları nə qədərdir? Daha ətraflı aşağıdakı cədvəldən məlumat ala bilərsiniz.

Ötən ilə nisbətən bu il əksər məktəblərin təhsil haqlarında artım olub. Artım faizləri isə məktəblərdən asılı olaraq 5-20% arası dəyişir. Ötən ilki qiymətlərlə isə buradan tanış ola bilərsiniz.

Ən sərfəli kredit üçün müraciət et

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

özəl məktəblər, private school, özel mekteblerde qiymetler

Ən sərfəli krediti almaq üçün müraciət et