Özəl məktəblərdə illik təhsil haqları necə dəyişir? - Araşdırma | Banco.az

Özəl məktəblərdə illik təhsil haqları necə dəyişir? - Araşdırma

Artıq bir neçə həftədir ki, bütün təhsil müəssisələrində ənənəvi tədris bərpa olunub. Ümumorta təhsil 6 yaşdan etibarən uşaqlar üçün məcburidir. Şagirdlər dövlət təhsil müəssisələrində və özəl məktəblərdə tədris prosesinə cəlb olunurlar. Özəl məktəblərdə müəəyyən məbləğdə təhsil haqı tətbiq olunsa da, şagirdlər dövlət məktəblərində ödənişsiz formada təhsil almaq imkanı əldə edirlər. Bəzən valideynlər övladlarının daha keyfiyyətli təhsil alması üçün özəl məktəblərə üz tuturlar. Bəs özəl məktəblərdə təhsil dövlət məktəblərindən nə ilə fərqlənir? Məktəblərdə nəqliyyat xidməti, qidalanma, dərsdən sonra əlavə dərnək və məşğələlər, əlavə olaraq 2-3 xarici dilin öyrədilməsi və ya tədrisin yalnız xarici dildə aparılması əsas fərqlilikdir. Lakin nəqliyyat xərcləri, məktəbli forması, dərs vəsaitləri, bəzi hallarda qidalanma və s. xərclər təhsil haqqına daxil deyil.

Özəl məktəblərin təhsil haqları nə qədərdir? -Yeni 2022

Qiymətlər təhsil pilləsindən asılı olaraq (ibtidai, orta və tam orta təhsil) fərqlənir. Bundan əlavə, qiymətlər Azərbaycan, rus və ingilis dilli qruplara görə dəyişir. Azərbaycan bölməsinə nisbətən xarici bölmələrdə illik təhsil haqları yüksəkdir. İngilis bölməsində isə qiymət daha bahadır. Bəzi məktəblərdə tədris yalnız ingilis dilində aparılır. Fərq yalnız yerli ingilis dilli və xarici müəllimlərdədir. Xarici müəllimlərin tədrisi yerli ingilis dilli müəllimlərə nisbətən baha olur. Dərslərdən sonra şagirdlər ev tapşırığını, daha sonra isə əlavə məşğələlərlə vaxtlarını səmərəli keçirirlər. Siniflərdə şagird sayının az olması da tədrisin keyfiyyətinə təsir edən başlıca amillərdəndir. Bəzi məktəblərdə mütəmadi imtahanlar keçirilir. Nəticəsi yüksək olanlara 10-15% endirim də tətbiq olunur. Eyni zamanda, əgər məktəbə bir ailədən 2 və daha çox uşaq gedərsə, təhsil haqqında endirim olur. Bəs bu məktəblərin təhsil haqları nə qədərdir? Daha ətraflı Banco.az-ın hazırladığı araşdırma cədvəlindən məlumat ala bilərsiniz.

Onu da qeyd edək ki, bəzi məktəblərin filiallarında ünvandan asılı olaraq qiymətlər fərqli ola bilər.

Məktəblər İbtidai sinif (I-IV) Orta təhsil (V-IX)

Tam orta təhsil (X-XI/XII)

Zirvə Liseyi 4200-4500 4700-4900
Erudit 5000
Western School 5000
Landau School 4800-6600 5800-8000 -
ADA School - - 6500
Müasir İnnovasiyalar Liseyi 6000-7000 6500-8500 7000-10000
Kaspi liseyi 6400-7900 6900-8400 5500-6000*
Hədəf Liseyi 7000-8000 7000-7500 7000-7500
İdrak liseyi 8000-9000
Dünya məktəbi 8000-9500 8000-11000 8500-14000
Evrika Liseyi 8000-9000 8500-10000 9000-11000
XXI Əsr Beynəlxalq Təhsil və İnnovasiya Mərkəzi 8000-12000 10000-12500 10000-13000
Avropa Azərbaycan Məktəbi 9950 12000 15000
Oxbridge Academy 11050 13260 15470-19890
Britaniya Məktəbi 12000-14000 14000
Sabis Sun İnternational School 11970-12660 12851 13121-13620
Bakı Fransız Liseyi 15000 16100 19000
Baku Oxford Məktəbi 15500
Müasir Təhsil Kompleksi 16000 12000-16000 12000-16000
Azərbaycan Beynəlxalq Məktəbi 53873-61200

ABC School I-VI siniflər üçün 15400 AZN, VII-XII siniflər üçün isə qiymət 16400 AZN-dir.

Ən sərfəli kredit üçün müraciət et

İnfoqrafik: Tahir Əsgərli, Banco.az

Araşdırma: Tərlan Qəhrəmanova, Banco.az

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

özəl məktəblər, private school, özel mekteblerde qiymetler

Ən sərfəli krediti almaq üçün müraciət et