Ötən il KİV-lərdə yayımlanmış reklamlara görə 7.747.200 manat gəlir əldə edilib | Banco.az

Ötən il KİV-lərdə yayımlanmış reklamlara görə 7.747.200 manat gəlir əldə edilib

Son 4 il ərzində Azərbaycanda kütləvi informasiya vasitələrində yayımlanmış (KİV) reklamlardan gələn gəlirlərin həcmi 3 dəfədən çox azalıb. 2015-ci ildə bu reklamlardan gələn gəlirin miqdarı 25.969.100 manat, 2016-cı ildə 10.912.400 manat, 2017-cı ildə 4.684.800 manat olub.

Ötən il KİV-lərin reklamdan əldə etdiyi gəlirin miqdarı əvvəlki ilə nisbətən artsa da, bu məbləğ 2015-ci ilə nisbətən yenə də 3 dəfədən çox az olub. 2018-ci ildə KİV-lərdə yayımlanmış reklamlara görə 7.747.200 manat gəlir əldə edilib.

Ən sərfəli kredit üçün müraciət et

Ümumilikdə, KİV-lərdə yayımlanmış reklama görə gəlirin ən böyük payı televiziyaların payına düşür. Amma reklam yayımlanmasından gələn ümumi gəlir azaldığına görə, televiziyaların da reklamdan əldə etdikləri gəlir məbləği azalıb.

2015-ci ildə televiziyada yayımlanmış reklamlardan 19.836.000 manat gəlir əldə edildiyi halda, 2018-ci ildə bu rəqəm 6.912.400-ə enib.

Ən sərfəli krediti almaq üçün müraciət et