Ötən il Azərbaycanda banklar tərəfindən nağd ABŞ dollarının alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi 4 milyard 545.9 milyon təşkil edib.
Azərbaycan Mərkəzi Bankının hesabatı əsasında apardığı hesablamalara görə, bu göstəricinin həcmi əvvəlki illə müqayisədə 44% çoxdur.
Qeyd edək ki, hesabat dövründə bankların nağd ABŞ dolları alışı 2023-cü illə müqayisədə 1% azalaraq 1 milyard 621 milyon 567 min, satışı isə 92.5% artaraq 2 milyard 924 milyon 344 min təşkil edib.
Bu dövrdə banklar tərəfindən nağd avronun alışı 2023-cü illə müqayisədə 3.4% artaraq 131 milyon 93.8 min, satışı isə 1.6% azalaraq 202 milyon 722 min təşkil edib.
Xatırladaq ki, 2024-cü ilin yanvar-dekabr ayları ərzində Azərbaycan Mərkəzi Bankında (AMB) keçirilən 95 valyuta hərracında banklara 7 milyard 169,07 milyon ABŞ dolları satılıb.
apa