Müəllif: Gülnar Əhmədli, Banco.az
Ötən il Azərbaycanın xarici ticarət dövriyyəsinin həcmi 51 milyard 183 milyon ABŞ dolları olub.
Banco.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, 2022-ci illə müqayisədə 2,9% azdır.
Son 1 ildə Azərbaycanın ixracı 11,1% azalaraq 33 milyard 898 milyon ABŞ dollarına enib, idxalı isə 18,9% artaraq 17 milyard 285 milyon ABŞ dollarına çatıb.
Hesabat dövründə Azərbaycanın 8 ölkə ilə ticarət dövriyyəsi 1 milyard dollardan çox olub. 2022-ci ildə Azərbaycanla ticarət dövriyyəsi milyardı keçən ölkələrin sayı 10 idi.
Bunlar aşağıdakı ölkələrdir:
|
Ölkə |
Ticarət dövriyyəsinin dəyəri (dollar) |
|
İtaliya |
15.685.971.560 |
|
Türkiyә |
7.650.599.500 |
|
Rusiya |
4.358.740.170 |
|
Çin |
3.101.549.640 |
|
Almaniya |
1.824.344.180 |
|
İsrail |
1.443.519.650 |
|
Hindistan |
1.435.502.520 |
|
Yunanıstan |
1.395.789.830 |
Bizi sosial şəbəkələrdən izləyin!!
