"OPEC"in neft hasilatı ötən ay gündəlik 80 min barel artıb | Banco.az

"OPEC"in neft hasilatı ötən ay gündəlik 80 min barel artıb

Müəllif: Tamara Mustafayeva, Banco.az

“OPEC”in neft hasilatı oktyabrda gündəlik 80 min barel artıb.

Banco.az xəbər verir ki, “OPEC”in aylıq neft bazarı hesabatına əsasən, hasilatın ən yüksək artımı Anqola, İran və Nigeriyada müşahidə olunub.

Liviya, Səudiyyə Ərəbistanı və Küveytdə isə hasilat azalıb.

Gündəlik neft hasilatı Anqolada 51 min barel, İranda 46 min barel, Nigeriyada 17 min barel artıb. Liviya və Səudiyyə Ərəbistanında hasilat 26 min barel, Küveytdə isə 24 min barel azalıb.

Sözügedən dövrdə “OPEC”in xam neft hasilatının qlobal hasilatdakı payı 27,5 faiz olaraq qeyd edilib.

Ən sərfəli kredit üçün müraciət et

“OPEC”ə daxil olmayan ölkələrin hasilatı isə eyni dövrdə gündəlik təxminən 200 min barel artaraq 73,7 milyon barelə çatıb. Norveç və OECD Amerika ölkələri bu artıma liderlik edərkən, Rusiya və Braziliyada istehsal azalıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et