"Ölkəyə müxtəlif sektorlardan 300 mlrd. dollardan çox investisiya daxil olub" | Banco.az

"Ölkəyə müxtəlif sektorlardan 300 mlrd. dollardan çox investisiya daxil olub"

Biz yeni fəaliyyətə başlayanda Dövlət Neft Fondunun 270 milyon dollar vəsaiti var idi, indi isə 50 milyard dollardan çoxdur.

Bunu Azərbaycan Respublikasının Prezidentinin köməkçisi, Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" adlı beynəlxalq konfransda çıxışı zamanı deyib.

    "Son 20 il ərzində Azərbaycan ÜDM-i 3,6 dəfə, iqtisadiyyata investisiya isə 4 dəfə artıb. Ölkəyə müxtəlif sektorlardan 300 milyard dollardan çox investisiya daxil olub. İstənilən rəqəmlər faizlə deyil, dəfə ilə ölçülür. Bunun bünövrəsi Heydər Əliyev tərəfindən yaradılmış və hazırda İlham Əliyev tərəfindən davam etdirilir", - deyə Şahmar Mövsümov vurğulayıb. 

    APA

    Ən sərfəli kredit üçün müraciət et

    Bizi sosial şəbəkələrdən izləyin!!

    Facebook

    Instagram

    Telegram

    Ən sərfəli krediti almaq üçün müraciət et