Ölkəyə idxal edilən elektromobillərin sayı 7 dəfəyədək artıb | Banco.az

Ölkəyə idxal edilən elektromobillərin sayı 7 dəfəyədək artıb

Müəllif: Gülnar Əhmədli, Banco.az

Azərbaycana bu ilin yanvar-noyabr aylarında 2 737 ədəd yalnız elektriklə işləyən (elektromobil) avtomobil idxal edilib.

Banco.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi məlumat yayıb.

Məlumata görə, ötən 11 ayda ölkənin elektromobil idxalının dəyəri isə 111,1 milyon dollar olub.

Əlavə edək ki, 2022-ci ilin eyni dövrü ilə müqayisədə elektromobil idxalı həcm baxımından 6,7 dəfə, dəyər ifadəsində isə 7,7 dəfə artıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram