Ölkəmizdə hər bir bank işçisinin bilməli olduğu 6 banklar haqqında qanunvericilik! | Banco.az

Ölkəmizdə hər bir bank işçisinin bilməli olduğu 6 banklar haqqında qanunvericilik!

Ölkəmizdə son illərdə bank əməkdaşlarının sayı getdikcə çoxalır. Bu isə banklara işəqəbul imtahanı verərkən bank insan resursları departamentinin daha çox çey tələb etməsinə gətirib çıxardır. Ümumiyyətlə bankda işləmək üçün riyaziyyat biliyi və beynəlxalq maliyyə sertifikatları ilə yanaşı Azərbaycanda mövcud olan bank qanunvericiliyini də yaxşı bilmək lazımdır. Bu günki məqaləmizdə həmin qanunvericiliklər haqqında məlumat vermişik. 

Qeyd: Qanunvericilik sənədlərini yükləmək üçün şəkilə klikləmək kifayətdir.

1) Banklar haqqında qanun 

Bu qanun Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən hazırlanıb. Qanun əsasən bankların fəaliyyətini, fəaliyyətinin tənzimlənməsini, daxili idarəedilməsini, banklar haqqında normaları, bankların ləğv edilməsi prinsiplərini əhatə edir.

2) AR Vergi Məcəlləsi

Vergi qanunvericiliyində banklar haqqında çoxlu qanunlar mövcuddur, demək olar ki hər maddədə bankların fəaliyyətinə toxunulub. Amma sırf banklar haqqında bəhs edən maddələr 35, 58, 75-76, 111-ci maddələrdir.

3) Mülki Məcəllə

Ən sərfəli kredit üçün müraciət et

Mülki Məcəlləmizdə banklar haqqında çoxlu qanunlar mövcuddur. Daha çox bank məhsulları və bank müştəriləri ilə bağlı olan bu qanunvericilikdə 943, 950-965, 971-987, 1004, 1070 kimi maddələr birbaşa bank fəaliyyəti ilə əlaqədardır.

4) İnzibati xətalar məcəlləsi

İnzibari xətalar məcəlləsi daha çox bankların idarəçilik qaydalarını və iqtisadi normaların qorunmasına riayət edir. Bu qanunvericilikdə banklardan bəhs edən maddələr 223,292 və.s kimi maddələrdir.

5) Əmək məcəlləsi

Əmək məcəlləsində bankla bağlı qaydalar çox az olsa da, bir bank işçisinin də bu qanunvericilik növündən xəbəri olmalıdır.

6) Cinayət məcəlləsi

Cinayət məcəlləsində 202-ci maddəyə baxsanız bank fəaliyyətinə aid olan qaydalarla tanış ola bilərsiniz.

Ən sərfəli krediti almaq üçün müraciət et