Bakı Ticarət Festivalının (Şopinq Festivalı) zamanı ilk dəfə olaraq Azərbaycan vətəndaşlarına da “tax free” sistemi tətbiq ediləcək.
ƏDV qaytarılması sisteminə qoşulmuş obyektlərin üzərində xüsusi “Baku Shopping Festival – Tax Free” stikeri yerləşdiriləcək. Yalnız həmin nişan olan obyektlərdən mal alan Azərbaycan vətəndaşlarına ƏDV qaytarılacaq.
ƏDV-ni 5 bankın - Kapital Bank, PASHA Bank, Yapi Kredi Bank Azerbaijan, Bank Silk Way və Azərbaycan Sənaye Bankının filiallarında geri almaq mümkün olacaq.