Müəllif: Tamara Mustafayeva, Banco.az
Nyu-York ştatı yeniyetmələrin sosial mediada daha təhlükəsiz vaxt keçirməsi üçün yeni qanunlar qəbul edib.
Banco.az xəbər verir ki, Nyu-York ştatının qanunverici orqanı sosial şəbəkələrdə gənc istifadəçilərin qorunmasına yönəlmiş mühüm qanun layihəsini qəbul edib.
Uşaqlar üçün SAFE (Asılılıq yaradan məzmun istismarını dayandırın) Aktı adlanan bu qanun 18 yaşından kiçik istifadəçilərin valideynlərinin razılığı olmadan asılılıq yaradan məzmuna məruz qalmasının qarşısını alacaq qaydaları ehtiva edir.
Bu tip məzmun adətən istifadəçilərin izləmədiyi hesablardan gəlir və onları platformada daha uzun müddət saxlamaq üçün alqoritmlərlə vurğulanır.
Bundan əlavə, uşaqların şəxsi məlumatlarının toplanması və satışını məhdudlaşdıran qanun layihəsi də qəbul edilib.
Hər iki qanun layihəsinin ştatın qubernatoru Keti Hoçul tərəfindən imzalanması gözlənilir. Qeyd edək ki, bu, sosial medianın uşaqların psixi sağlamlığına təsirinin tənzimlənməsində tarixi addım kimi qiymətləndirilir.
Bizi sosial şəbəkələrdən izləyin!!