Noyabr ayında ən çox endirilən mobil tətbiqlər AÇIQLANDI | Banco.az

Noyabr ayında ən çox endirilən mobil tətbiqlər AÇIQLANDI

Tamara Mustafayeva, Banco.az

Sensor Tower araşdırma şirkətinin həyata keçirdiyi araşdırmaya görə, 2020-ci ilin noyabr ayında ən çox endirilən mobil tətbiqlər müəyyənləşib.

Müntəzəm olaraq həyata keçirilən araşdırmalar istifadəçilərin ən çox hansı mobil tətbiqlərə üstünlük verdiyini göz önünə sərir. Sensor Tower araşdırma şirkəti də 2020-ci ilin noyabr ayını əhatə edən hesabat yayımlayıb. iOS, Android və ümumi endirilmə faizlərinin analiz edildiyi araşdırmada WhatsApp platforması rəqiblərini üstələyib. Mesajlaşma tətbiqi ötən ay 58 milyon istifadəçi tərəfindən mobil telefonlara endirilib. İkinci pillədə isə TikTok yer alıb. 

Xatırladaq ki, oktyabr ayı üzrə göstəricilərdə isə TikTok birinci, WhatsApp ikinci pillədə qərarlaşmışdı.

Facebook şirkətinin tabeliyində olan WhatsApp tətbiqi üzrə sözügedən endirilmə sayının 30%-i Hindistandakı istifadəçilərin payına düşüb. 

Ən sərfəli kredit üçün müraciət et

Qeyd edək ki, siyahıda WhatsApp-ı ardıcıl olaraq TikTok, Facebook, Weather & Radar USA, Instagram, ZOOM, Snapchat, Messenger, Telegram və SnackVideo kimi mobil tətbiqlər izləyib.

Həmçinin oxu: İşinizi asanlaşdıracaq ən faydalı mobil tətbiqlər

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et