Norveç Neft Fondu RWE-dən 1,4 milyard avroya iki inşa edilən külək elektrik stansiyasının payını aldı | Banco.az

Norveç Neft Fondu RWE-dən 1,4 milyard avroya iki inşa edilən külək elektrik stansiyasının payını aldı

Müəllif - Fərid İslamov -Banco.az

 Norveç Dövlət Pensiya Fondu (həmçinin Neft Fondu kimi tanınır) Almaniyanın RWE şirkətindən Danimarka və Almaniyada inşa edilən iki dəniz külək elektrik stansiyasının (KƏS) 49%-lik payını 1,4 milyard avroya alıb.

Fondun məlumatına görə, sövdələşmənin 2025-ci ilin ikinci rübündə tamamlanması planlaşdırılır.

İnşa edilən külək elektrik stansiyaları Thor və Nordseecluster adlandırılıb. Bu stansiyaların operatoru RWE olacaq və şirkətə qalan 51% məxsus olacaq.

Külək elektrik stansiyalarının kommersiya istismarına 2027-ci ildən tez başlanması gözlənilmir. Onların ümumi gücü 2640 meqavat (MW) səviyyəsində planlaşdırılıb.

  • Thor: 72 ədəd 15 MW gücündə turbin istifadə edəcək və hər il 1 milyondan çox Danimarka evinə elektrik enerjisi təmin edəcək.

  • Nordseecluster: 104 ədəd 15 MW gücündə turbin istifadə edəcək və Almaniyada 1,6 milyon ev təsərrüfatını elektrik enerjisi ilə təmin edəcək.