Nizamnamə kapitalı həm iqtisadi subyektin gəlir əldə etməsi üçün ilkin kapital, həm də iqtisadi subyekt müflis olduqda onun kreditorlarının maliyyə tələblərinin ödənilməsini təmin edən kapitaldır. Göründüyü kimi nizamnamə kapitalı iqtisadi subyektin həm maliyyə sabitliyinin və həm də onun normal inkişafının bir növ təminatçısı rolunu oynayır.
AR Mülki Məcəlləsinə əsasən nizamnamə kapitalı iqtisadi subyektin kreditorlarının mənafelərinə təminat verən əmlakının minimum miqdarını müəyyələşdirir. Nizamnamə kapitalı AR Nazirlər Kabinetinin müəyyən etdiyi miqdardan az ola bilməz.
İqtisadi subyektin nizamnaməsinə qoyuluşlar pul vəsaitləri, tam ödənilmiş qiymətli kağızlar, digər əmlak, o cümlədən əmlak hüquqları və pul dəyəri olan digər hüquqlar ola bilər.
Bəs banklarımızın nizamnamə kapitalı nə qədərdir?
Banco.az olaraq banklarımızın nizamnamə kapitalını araşdırdıq. Azərbaycanda nizamnamə kapitalının həcmi 100 mln. manatı ötən 9 bank mövcuddur:
Bank |
Nizamnamə Kapitalı (manat) |
Beynəlxalq Bank |
641 287 250 |
Paşa Bank |
333 000 000 |
Xalq Bank |
211 646 490 |
Kapital Bank |
185 850 000 |
Nikoil Bank |
184 500 000 |
Expressbank |
137 250 000 |
AccessBank |
119 850 000 |
AGBank |
102 200 000 |
Bank Silk Way |
101 544 885 |
Digər banklarımızın nizamnamə kapitalı isə aşağıda göstərilən cədvəldəki həddədir:
Muğanbank |
75 000 000 |
Unibank |
70 565 232 |
AFB Bank |
70 393 455 |
NBC Bank |
64 000 000 |
ASB Bank |
60 000 000 |
Bank Respublika |
57 461 000 |
Dəmirbank |
57 345 559 |
Yapı Kredi Bank Azərbaycan |
55 429 680 |
Turanbank |
55 003 470 |
Bank of Baku |
52 000 000 |
Bank BTB |
52 000 000 |
VTB Bank Azərbaycan |
50 815 000 |
Caspian Development |
50 020 000 |
Ziraat Bankı |
50 000 000 |
Bank Avrasiya |
50 000 000 |
Azər Türk Bank |
50 000 000 |
Atabank |
50 000 000 |
Rabitəbank |
48 500 000 |
Amrahbank |
39 844 400 |