“Nikoil Bank” ASC-nin Müşahidə Şurasında (MŞ) dəyişikliklər olub.
MŞ-nın 3 üzvü vəzifəsindən kənarlaşdırılıb.
Bunlar Aleksey Sazonov, Roman Novikov və Pavel Suxoruçkindir. Onların yerinə yalnız Nikoloz Enukidze seçilib. Son nəticədə MŞ üzvlərinin sayı 5-dən 3-ə endirilib.
Xatırladaq ki, "Nikoil Bank" ASC 1994-cü ildən fəaliyyət göstərən "Ülpər" kommersiya bankının bazasında, 2002-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 184,5 mln. manatdır. Bankın əsas səhmdarı 91,84%-lik payla "Topaz İnvestments" QSC-dir.
Mənbə: Report.az