"Nike" şirkətinin vergi əməliyyatları Aİ Komissiyasının nəzarətindədir | Banco.az

"Nike" şirkətinin vergi əməliyyatları Aİ Komissiyasının nəzarətindədir

Avropa İttifaqı (Aİ) Komissiyası "Nike" qrupuna aid şirkətlərə tətbiq olunan vergi öhdəlikləri ilə bağlı rəsmi təhlillərə başlanıldığını bəyan edib. Komssiyanın yaydığı açıqlamada təhlillərin aparılmasına səbəb kimi tətbiq edilən şərtlərin "Nike" üçün aşağı vergi ödəmək imkanı yaratdığı və rəqabətə ziyan vuran imtiyazlar verdiyi ilə bağlı narahtlıqların əmələ gəlməsi göstərilib.
Aİ-yə üzv ölkələrdə vergi tənzimləmələrinin heç bir şirkətə əlavə üstünlük verməməsi və sektordakı rəqabəti pozmaması tələb olunur. Tənzimləmələrin qanunlara uyğun olub-olmadığının yoxlanılması isə Aİ Komissiyasının səlahiyyətinə aiddir.

Ən sərfəli kredit üçün müraciət et

Vergiler.az