Netflix mobil versiya üçün çoxdan gözlənilən funksiyanı aktivləşdirdi | Banco.az

Netflix mobil versiya üçün çoxdan gözlənilən funksiyanı aktivləşdirdi

Tamara Mustafayeva, Banco.az

Netflix YouTube platformasında istifadə edilən "izləmə sürəti" funksiyasını bu dəfə də iOS əməliyyat sistemində aktivləşdirib.

Şirkət ötən il sınaqdan keçirməyə başladığı bu funksiyanı yaxın günlərdə Android sistemi üçün aktivləşdirmişdi. Həmin vaxtdan bəri iOS istifadəçiləri də bu imkandan istifadə etməyi gözləyirdi ki, hazırda şirkət müvafiq addımı atıb və funksiya iOS əməliyyat sistemində də aktiv edilib.

Qeyd edək ki, "izləmə sürəti" 0.5x / 0.75x / 1x / 1.25x / 1.5x seçimlərlə təmzinlənir. Şirkət bu funksiyadan istifadə üçün hər hansı region məhdudiyyəti tətbiq etmir və bütün Netflix istifadəçiləri həmin imkandan faydalana bilər. 

Həmçinin oxu: Netflix bəzi serial və şoularını ödənişsiz yayımlamağa başladı

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et