Netflix bəzi serial və şoularını ödənişsiz yayımlamağa başladı | Banco.az

Netflix bəzi serial və şoularını ödənişsiz yayımlamağa başladı

Tamara Mustafayeva, Banco.az

Ötən il Netflix platforması müəyyən ölkələrdə abunə olmayan istifadəçiləri bir və ya iki video-nu ödənişsiz təqdim edərək cəlb etməyə çalışmışdı. İndi isə tanınmış yayım xidməti bu addımı dünyanın dörd bir yanından olan istifadəçilər üçün daha çox çeşidli ödənişsiz video kataloqu ilə həyata keçirir.

Banco.az xarici mətbuata istinadla bildirir ki, Netflix hazırda təqribən 200 ölkə və regionda abunə olmayan istifadəçilərə “Stranger Things”, “Murder Mystery”, “Elite”, “Bird Box”, “When They See Us”, “The Two Popes” kimi platformanın öz istehsalı olan serial və TV şoularını təqdim edir. Belə ki, sözügedən video-ların sadəcə ilk seriyalarını ödənişsiz izləmək mümkün olur, daha sonra isə istifadəçilər abunə olmağa yönləndirilir. Bununla yanaşı, sözügedən seriyalar başlamazdan əvvəl 30 saniyəlik reklam çarxı da göstərilir.

Netflix rəsmilərindən biri məsələ bağlı açıqlama edərək, "Yeni istifadəçilərin marağına səbəb olmaq və onlara mükəmməl xidmət təqdim etmək üçün müxtəlif marketinq kampaniyalarından istifadə edirik", deyə bildirib. 

Qeyd edək ki, istifadəçilər bu ödənişsiz serial və şouları izləmək üçün platformada hesab açmalı deyillər, internet brauzerləri vasitəsilə sözügedən video-ları izləyə bilərlər. Şirkət Android istifadəçilərinin mobil brauzerləri vasitəsilə bu xidmətdən faydalana biləcəyini, ancaq iOS istifadəçiləri üçün belə bir imkanın yaradılmadığını bildirib.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Karantin günlərində izləyə biləcəyiniz ən bəyənilən Netflix serialları

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram