Mərkəzi Bank sığorta agentinin lisenziyasını ləğv edib | Banco.az

Mərkəzi Bank sığorta agentinin lisenziyasını ləğv edib

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyətinin qərarına əsasən Rəhimli Xədicə Tərlan qızına sığorta agenti fəaliyyətinə verilmiş 7 avqust 2015-ci il tarixli, 080682 nömrəli lisenziya ləğv edilib.

Bu barədə Banco.az AMB-yə istinadən xəbər verir.

Məlumata görə, onun lisenziyası "Sığorta fəaliyyəti haqqında" qanunun 107.1.2-ci maddəsinə əsasən (lisenziya sahibinin lisenziyanın qüvvəsinin dayandırılmasına əsas vermiş halları müəyyən edilmiş müddətdə aradan qaldırmaması) ləğv olunub.