Netflix həftə sonu ödənişsiz xidmət göstərməyə hazırlaşır | Banco.az

Netflix həftə sonu ödənişsiz xidmət göstərməyə hazırlaşır

Tamara Mustafayeva, Banco.az

Netflix şirkətinin məhsul üzrə baş mütəxəssisi (CPO) Greg Peters çərşənbə axşamı etdiyi açıqlamada Netflix platformasının Hindistandakı əhatə dairəsini genişləndirmək hədəfinin bir hissəsi kimi ölkədəki istifadəçilərə hər hansı bir həftə sonu ödənişsiz xidmət göstərməyi planlaşdırdıqlarını bildirib.

Üçüncü rüb üzrə istifadəçi sayında artım tempinin yavaş olduğunu bildirən şirkət qısa bir müddət əvvəl ABŞ-dakı yeni istifadəçilər üçün ödənişsiz sınaq müddətini dayandırmışdı. Ancaq şirkət dünya miqyasında potensial müştəriləri cəlb etmək üçün yeni yollar axtarışındadır.

Greg Peters bu yeni yollardan birinin hər hansı bir həftə sonu üçün ödənişsiz yayım təmin edilməsi olduğunu söyləyib. Şirkət bu ideyanı sınaqdan keçirmək üçün isə Amazon və Disney kimi bir çox platforma ilə rəqabət apardığı Hindistanı seçib. Buradan əldə olunan nəticələrə əsasən isə layihə digər ölkələrdə də həyata keçiriləcək.

Həmçinin oxu: Netflix bəzi serial və şoularını ödənişsiz yayımlamağa başladı

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et