Netflix 2021-ci ildə kinoteatrların yoxluğunu unutdurmağa hazırlaşır | Banco.az

Netflix 2021-ci ildə kinoteatrların yoxluğunu unutdurmağa hazırlaşır

Tamara Mustafayeva, Banco.az

Netflix bu il kinoteatrların yoxluğunu unutdurmağa hazırlaşır.

Banco.az xarici mətbuata istinadla bildirir ki, məşhur video-yayım platforması 2021-ci ildə 70 orjinal film yayımlamağı planlaşdırır.

Netflix şirkəti dünən etdiyi açıqlamada bu il də kinoteatrların açılıb-açılmayacağı bəlli olmadığı üçün yeni orjinal filmlər istehsal etdiklərini bildirib.

Qeyd edək ki, bir vaxtlar kinoteatrlara sadiq olan prodüserlərin müraciət etmədiyi Netflix artıq bir neçə etibarlı film studiosundan birinə çevrilib. Çünki Netflix dünyanın əksər yerlərində kinoteatrların bağlı olduğu bu dövrdə film həvəskarlarının böyük marağına səbəb olur. Pandemiya səbəbilə Netflix-in rəqibi olan film studioları üzərində işlədikləri layihələri yayımlamaqda çətinlik çəkdilər və əksər studiolar ən yaxşı filmlərini kinoteatrların dünya miqyasında yenidən fəaliyyətə başlayacağı tarixədək təxirə salıblar.

Siz də Netflix platformasına abunə olmusunuzsa və vaxtımızın əksər hissəsini evdə keçirməli olduğumuz bu günlərdə asudə vaxtınızı maraqlı keçirmək istəyirsinizsə, sözügedən platformada hazırda yayımlanan ən maraqlı serial, film və ya şouların siyahısı ilə aşağıdakı link-lərə daxil olmaqla tanış ola bilərsiniz. 

Bizi sosial şəbəkələrdən izləyin!!

Ən sərfəli kredit üçün müraciət et

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et