"Neft qiymətləri çox yüksəlib" - Tramp | Banco.az

"Neft qiymətləri çox yüksəlib" - Tramp

ABŞ Prezidenti Donald Tramp, neft qiymətləri barədə OPEC-i tənqid etməkdə davam edərək, dünyanın qiymət artımının qarşısını almaq üçün çox kövrək olduğunu deyib.

Tramp, OPEC-i hasilatı azaltmaq siyasətini dayandırmağa çağırıb. O qeyd edib ki, neft qiymətləri çox yüksəlib. 

Xam neft qiymətləri OPEC və qrup ilə birlikdə hərəkət edən istehsalçıların hasilatlarını azaltmalarının təsiri ilə bu il 25%-dən çox qalxıb.

ABŞ ilə Çin arasındakı ticarət münaqişəsi və Vaşinqtonun Venesualanın neft ixracına sanksiya tətbiqindən qaynaqlanan narahatlıqların yüngülləşməsi də neft qiymətlərini dəstəkləyir.

Trampın açıqlamasından sonra Brent nefti 1,3% ucuzlaşaraq 66,26 dollara düşüb (saat 16:30-a olan məlumat)

Marja