Neft kəskin bahalaşdı | Banco.az

Neft kəskin bahalaşdı

Tamara Mustafayeva, Banco.az

Neft qiymətləri stabilliyini saxlayır.

Banco.az xarici mətbuta istinadla bildirir ki, neftin qiyməti çərşənbə günü açıqlanan xam neft ehtiyatlarına dair göstəricilərin tələbə dair ümumi mənzərənin yaxşılaşmasına işarə etməsindən sonra təqribən 5% bahalaşdıqdan sonra hazırda Asiya birjalarında stabilliyini saxlayır.

ABŞ xam neftinin (WTI) may fyuçersi Nyu-York əmtəə birjasında (Nymex) dünən 4,9% dəyər qazanaraq bir bareli 63.10 dollara yüksəlib.

Brent markalı neftin iyun fyuçersi isə London əmtəə birjasında əvvəlki seansda 4,6% yüksələrək bir bareli 66.60 dollara qədər bahalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et