Naxçıvanda orta aylıq əməkhaqqı yanvar-iyulda 16% artıb | Banco.az

Naxçıvanda orta aylıq əməkhaqqı yanvar-iyulda 16% artıb

Bu ilin yanvar-iyul aylarında Naxçıvan Muxtar Respublikasının iqtisadiyyatında bir işçiyə hesablanan orta aylıq əməkhaqqı 527,6 manat təşkil edib.

Naxçıvan Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu göstərici 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 16,1% çoxdur.

Muxtar respublika üzrə orta aylıq nominal əməkhaqqının səviyyəsi ölkənin digər iqtisadi rayonları ilə müqayisədə daha yüksək olub.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram