Natiq Əliyev: Gələn ildən neftin qiyməti yüksələcək | Banco.az

Natiq Əliyev: Gələn ildən neftin qiyməti yüksələcək

Nazirlik məlumat yayıb.

Dünya bazarında neftin ucuzlaşması uzun müddət davam etməyəcək və artıq gələn ildən etibarən neftin qiyməti yüksələrək sabitləşəcək.

Oxu.Az Energetika Nazirliyinə istinadən xəbər verir ki, bu barədə Azərbaycanın energetika naziri Natiq Əliyev Bakıda BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Qordon Birrel ilə görüşdə bildirib.

Görüşdə son dövrlərdə neftin qiymətinin kəskin ucuzlaşması, bu vəziyyəti şərtləndirən səbəblər və neft hasil edən ölkələrin gələcək inkişaf prioritetləri və neft layihələrində iştirak edən xarici şirkətlərin gələcək əməkdaşlıq istiqamətləri müzakirə edilib.

Q.Birrel şirkətin fəaliyyətinin hazırkı vəziyyəti və Cənub Qaz Dəhlizi layihəsinin həyata keçirilməsi istiqamətində görülən işlər barədə məlumat verərək, təmsil etdiyi şirkəti maraqlandıran məqamlardan bəhs edib. 

Ən sərfəli kredit üçün müraciət et

O, fevralın 29-da Bakıda keçiriləcək Cənub Qaz Dəhlizi Məşvərət Şurasının II iclasına hazırlıq və müzakirəyə çıxarılacaq məsələlərlə də maraqlanıb.

N.Əliyev isə qeyd edib ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurasının iclasına hazırlıq işləri başa çatdırılıb, layihənin iştirakçısı olan ölkələrin enerji nazirlərindən və Avropa Komissiyasının enerji məsələləri üzrə vitse-prezidentinin, Beynəlxalq Maliyyə Korporasiyasının, Avropa Yenidənqurma və İnkişaf Bankının, Azərbaycan Dövlət Neft Şirkəti, “BP-Azebajian”, Trans-Anadolu Boru Kəməri (TANAP), Trans-Adriatik Boru Kəməri (TAP) və digər beynəlxalq qurumların rəsmi nümayəndələrinin iştirakı gözlənilir. 

Bildirilib ki, Məşvərət Şurasının bu dəfəki toplantısı ötən dövr ərzində görülmüş işləri birgə nəzərdən keçirməklə yanaşı, bütün tranzit ölkələrdə qarşılaşılan çətinliklərin müzakirəsinə və çıxış yollarının birgə axtarışına da imkan yaradacaq.