Müzakirə predmeti “Debt to income” əmsalı | Banco.az

Müzakirə predmeti “Debt to income” əmsalı

Müəllif:  İtisadçı -ekspert Taleh Abbasov

Bildiyiniz kimi son günlər Mərkəzi Bankın yeni layihəsi olan və tətbiq etməyə hazırlaşdığı “Məsuliyyətli kreditləşmə” sənədi müzakirə olunur. Əsas məqsədi- bankların kredit verərkən daha məsuliyyətli olmasını təmin etməkdir. Mərkəzi Bankın banklardan əsas tələbi kredit verərkən müştərinin aylıq gəlir həcminin nəzərə alınmasıdır. Qurum konkret bir nisbət müəyyən edəcək ki, müştərinin aylıq gəlirinin aylıq kredit ödənişinə nisbəti bu rəqəmdən artıq olmasın. Bundan başqa banklardan sosial məsuliyyətin artırılması, onların müştəriyə uyğun məhsul təqdim etməsi, müştərinin istəyindən daha çox onun imkanlarının nəzərə alınmasını tələb edilir.

Məlumat üçün bildirim ki , müzakirə predmeti DTI  əmsalıdır (debt to income — kredit ödənişinin şəxsin gəlirərinə olan nisbəti). Bu əmsal artıq bir çox ölkələrdə istifadə edilir. İstifadə edilən ölkədən asılı olaraq bu əmsalı istifadə etmə üsulları da başqadır. Misal olaraq İngiltərədə bu əmsal hesablananda borcalanın nə qədər gəliri olduğuna baxılmır , onun necə ödəyici olduğuna baxılır. Götürdüyü kreditlərin tezliyi, ödəməsi, vaxtından əvvəl borcunu bağlaması. 

Məsələyə aydınlıq gətirmək üçün, rəqəmlərə nəzər yetirək. Bank müştərilərinin sayı  təxmini 5 mln nəfərdir. Düzdür, Mərkəzi Bankın arayışsız kreditlərin verilməsinin ləğvi ilə bağlı qərarından sonra bu rəqəmdə bir balaca azalma qeydə alınıb , bu da əsasən fiziki şəxslər üzrə olub.

Dövlət Statistika Komitəsinin sentyabr ayı üzrə məlumatlarına baxsaq Kredit təskilatlarının ayırdıqları kredit resurslarının məbləği sentyabr ayının 1-i vəziyyətinə 17.3 milyard manata çatmış və ötən ilin müvafiq dövrünə nisbətən 19.7 faiz artmışdır. Kreditlərin 13.7 milyard manatı uzun müddətə, 3.6 milyard manatı isə qısa müddətə verilmişdir. 

Ən sərfəli kredit üçün müraciət et

Əhalinin gəlirləri 2014-cü ilin yanvar-sentyabr aylarında əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5.4 faiz artaraq 27.2 milyard manata, hər bir nəfərə düşən gəlirlər isə 4.0 faiz artaraq 2890.3 manata çatmışdır. Qazanılmış gəlirlərin 70.1 faizini orta hesabla hər bir şəxs son istehlaka, 9.2 faizini vergilərin, sosial sığorta və könüllü üzvlük haqlarının ödənilməsinə, 18.1 faizini əmanətlərin və kapitalın artırılmasına sərf etmişdir. 

Vergiləri və üzvlük haqqlarını ödədikdən sonra hər bir nəfərin sərəncamında orta hesabla 2625.7 manat qalmış və müqayisə edilən dövrdə 4.5 faiz artmısdır. Rəqəmlərdən də görsənir ki, əhalinin gəlirlərinin artımı ilə kredit təşkilatlarıın resurs yerləşdirmə artımı hansı sürətlə inkişaf edir. Birmənalı olaraq müddət keçdikçə əhali əldə etdiyi gəlirin daha çox hissəsini kredit ödənilməsinə yönləndirəcək . Əlbətdə ki, bu tendensiyadan Mərkəzi Bank narahat olmaya bilməz çünki kredit resurslarının 5.4 faizi, yaxud 938.8 milyon manatı ödəmə vaxtı keçmiş kreditlərdir.

İstəniən halda bü cür əmsallar tədbiğ ediləndə bir çox amillər və ölkənin reallıqları nəzərə alınmaıdır. Çünki 2014-cü ilin yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan isçilərin orta aylıq əmək haqqı 440.9 manat təskil etmişdir, əvvəlki ilin müvafiq dövrünə nisbətən 5.9 faiz artaraq. Həmçinin təhsil, səhiyyə və digər büdcədən maliyyələşən qurumlardakı əməkhaqqıları nəzərə alınmalıdır, insanların əlavə gəlirləri, banklardakı depozitləri, ailə üzvlərinin əldə etdikləri gəlirlər nəzərə alınmalıdır. Fikrimcə bu əmsalın gündəmə gəlməsi üçün digər sahələrdə olan problemlər aradan qaldırılmalıdır ki, kredit təşkilatları da potensial müştərinin gəlirlərini real hesablaya bilsin və müvafiq qiymət versinlər. 

Ən sərfəli krediti almaq üçün müraciət et