Müəllif: Tamara Mustafayeva, Banco.az
“Reassured”in hesabatına görə, Avropada bir ailə olaraq köçmək üçün ən yaxşı 10 şəhərin adları müəyyən olunub.
Banco.az xəbər verir ki, uşaqları olan bir mütəxəssisin yaşaması üçün Avropanın ən uyğun şəhəri Vyanadır.
Gəlin digər şəhərlərlə də tanış olaq.
10 - Triest, İtaliya
İtaliyanın şimalında, Sloveniya ilə sərhədə yaxın olan Triest mütəxəssislər və onların ailələrinin yaşamağı üçün ən rahat Avropa şəhərləri arasında onuncu yeri tutur.
9 - Qolvey, İrlandiya
Qolvey İrlandiyadan ilk 10-luğa daxil olan yeganə şəhər kimi seçilir.
8- Bergen, Norveç
Bergen təkcə işçilərin deyil, həm də övladlarının həyatında iz buraxacaq tövsiyə olunan şəhərdir.
7- İnsbruk, Avstriya
Vyana və Zalsburqdan sonra Avstriyadan siyahıya daxil olan digər şəhər İnsbruk olub.
6 - Nürnberq, Almaniya
Ailələr üçün ən yaxşı iyirmi şəhər arasında ən çox şəhərə malik ölkə Almaniyadır. Belə ki, Nürnberq siyahıda altıncı, Münhen on üçüncü, Hamburq on beşinci, Hannover isə iyirmincidir.
5 - Zalsburq, Avstriya
Ümumilikdə Avstriya da reytinqdə yaxşı çıxış edib. İlk 10 şəhərdən üçü Avstriyadadır. Mədəniyyəti və opera festivalları ilə məşhur olan Salzburq beşinci, qış tətillərinin məkanı İnsbruk isə yeddinci yerdədir.
4 - Helsinki, Finlandiya
Vyana və Romanın yüksək göstəricilərinə baxmayaraq, Avropanın bir çox digər böyük mərkəzləri qitədəki kiçik, daha az tanınan şəhərlərdən geri qalıb.
Finlandiyanın Helsinki şəhəri isə dördüncü yerdə qərarlaşıb və ilk onluğa daxil olan paytaxt şəhərlərindən biri olub.
3 - Roma, İtaliya
Roma 687 seçimlə siyahıdakı şəhərlər arasında uşaqlara ən uyğun fəaliyyətləri təklif edir. Tarixi şəhər ətrafında oynamaq və öyrənmək üçün bir çox imkanlar var.
Bununla belə, Romada çirklənmə Vyananınkından təxminən dörd dəfə çoxdur. İtaliya şəhərlərində cinayət nisbəti də kifayət qədər yüksəkdir ki, bu da ailələri narahat edir.
2 - Praqa, Çexiya
Həm Praqada, həm də Romada ailələr üçün aylıq yaşayış minimumu müvafiq olaraq 2,682 avro və 2,677 avro təşkil edir. Bununla belə, aylıq uşaq baxımı xərcləri Praqada 787,43 avro, Romada isə 407,36 avro olmaqla daha yüksəkdir.
Praqada çirklənmə səviyyəsi Vyanadakından iki dəfə çoxdur.
1 - Vyana, Avstriya
Bu Mərkəzi Avropa şəhərində uşaq baxımı orta hesabla ayda cəmi 223,14 avroya və ya təxminən 270 dollara başa gəldiyi halda, burada bir ailənin yaşaması üçün ümumi orta aylıq xərc 2,794 avro təşkil edir.
Lakin təhlillərə görə, ölkədə cəmi 44 park var ki, bu da 106 parkla ikinci yerdə olan Praqadan və 148 parkla üçüncü yerdə olan Romadan xeyli aşağıdır.
Bizi sosial şəbəkələrdən izləyin!!