Müəllif: Tamara Mustafayeva, Banco.az
Gözlənilən El Nino qasırğası indiyə qədərki ən bahalı qasırğa ola bilər.
Banco.az xəbər verir ki, El Nino qasırğasının başlama tarixi yaxınlaşdıqca, ekspertlər bunun ən bahalı El Nino dövrü ola biləcəyi və qiymət artımına əhəmiyyətli dərəcədə təsir göstərəcəyi barədə xəbərdarlıq edirlər.
Dünya Kovid-19-dan xilas olmaq üçün mübarizə apararkən və Rusiya-Ukrayna müharibəsi davam edərkən, təxminən dörd ildən sonra ilk dəfə reallaşacaq El Nino qasırğasının gəlişi ilə onsuz da kövrək olan qlobal iqtisadiyyatın yeni zərərlərlə üzləşmə ehtimalı istisna edilmir.
Belə ki, daha soyuq La Ninadan istiləşmə mərhələsinə keçid, xüsusən də sürətlə inkişaf edən iqtisadiyyatlarda xaosa səbəb ola bilər. Havaların istiləşməsi ilə əlaqədar elektrik şəbəkələrində gərginlik yaranacağı, tez-tez elektrik enerjisinin kəsilməsi hallarının baş verəcəyi gözlənilir.
Xatırladaq ki, hesabalamalara görə, əvvəlki El Nino qasırğası qeyri-enerji əmtəə qiymətlərinə 3,9 faiz bəndi, neftə isə 3,5 faiz bəndi ilə qlobal inflyasiyaya nəzərəçarpacaq dərəcədə təsir göstərmişdi.
Bizi sosial şəbəkələrdən izləyin!!