"Muğan Bank" ASC-yə 2 yeni səhmdar qoşulub.
Onlar, keçmiş deputat, Odlar Yurdu Universitetinin rektoru Əhməd Vəliyevin oğulları olan Samir və Munir Vəliyevlərdir.
Vəliyevlərin hər biri Bankda 40% pay əldə edib.
Əvəzində digər səhmdarların payı isə azalıb. Belə ki, "Muğan Bank"ın Müşahidə Şurasının üzvü Elmir Mehdiyevin payı 67,74 %-dən 0,78 %-ə, Fəridə Mehdiyevanın payı 21,61 %-dən 10,89 %-ə, Ə.Vəliyevin qızı Vəfa Vəliyevanın payı isə 10,65 %-dən 8,33 %-ə düşüb.
Bununla da, Vəliyevlərin Bankdakı payı 10,65 %-dən 88,33 %-ə, Mehdiyevlərin payı isə 89,35 %-dən 11,67 %-ə dəyişib.
Bizi sosial şəbəkələrdən izləyin!!