Bu gün Milli Məclisin plenar iclasında "Sığorta fəaliyyəti haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanunu müzakirəyə çıxarılıb.
“APA-Economics”in məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə deyib ki, qanun layihəsində sığortaçının əmlakının açıq hərrac yolu ilə satılması sığortaçının müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 30 gündən gec olmayaraq keçirilməsi ilə bağlı yeni maddənin əlavə olunması təklif edilir.
Qanun layihəsi səsə qoyularaq qəbul edilib.