Müflis elan edilən sığorta şirkəti kompensasiya ödənişini həyata keçirib | Banco.az

Müflis elan edilən sığorta şirkəti kompensasiya ödənişini həyata keçirib

İcbari Sığorta Bürosunun yaydığı məlumatda bildirilir ki, Mərkəzi Bankın qərarı ilə Standard Insurance Sığorta Şirkətinin sığorta fəaliyyəti üzrə lisenziyası ləğv edilmiş və məhkəmənin müflis olma ilə əlaqədar vermiş olduğu qərar 14 Sentyabr 2020-ci il tarixdə qüvvəyə minmişdir.

Qanunvericiliyə uyğun olaraq İcbari Sığorta Bürosu şirkətlə bağlanmış icbari sığorta müqavilələri üzrə öhdəliklərin həyata keçirilməsi ilə bağlı işlərin icrasına məhkəmə qərarının qüvvəyə mindiyi gündən başlamış və ötən 55 iş günü ərzində 3400 zərərçəkən fiziki və hüquqi şəxsə kompensasiya ödənişi həyata keçirilmişdir. Ödənişlərin toplam məbləği təqribən 3 330.000 manat təşkil etmişdir.

Qeyd edək ki, İcbari Sığorta Bürosu Standard Insurance Sığorta Şirkəti ilə bağlanan son müqavilə tarixinə qədər baş verməsi ehtimal edilən hadisələrlə bağlı ödənişlərin həyata keçirilməsini davam etdirəcəkdir.

Xatırladaq ki İSB-nin fəaliyyət dövründə bu ikinci haldır. 2017-2018-ci illər üzrə Alfa Sığorta şirkətinin iflası nəticəsində Qurum tərəfindən təqribən 180 hadisə üzrə 311 000 manat kompensasiya ödənişi həyata keçirilmişdir.

Ən sərfəli kredit üçün müraciət et

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram