Müəllif: Gülnar Əhmədli, Banco.az
"Moody's" Reytinq Agentliyi (Moody's) Kapital Bank ASC-nin uzunmüddətli yerli və xarici valyutada Ba2 depozit reytinqlərini təsdiqləyib.
Banco.az quruma istinadən xəbər verir ki, uzunmüddətli depozit reytinqləri üzrə proqnoz müsbət olaraq qalıb.
Qeyd edilib ki, Kapital Bank-ın depozit reytinqlərinin təsdiqlənməsi bankın güclü aktiv keyfiyyətini, güclü gəlirliliyini və yüksək likvidliyini əks etdirir:
"Kapital Bank-ın problemli kreditləri 2025-ci ilin sonuna olan məlumata görə, ümumi kreditlərin təxminən 3,7%-ni təşkil edib, problemli kreditlər üzrə ehtiyatların təminat səviyyəsi isə 130% olub.
2025-ci ildə Kapital Bank 275 milyon AZN konsolidasiya edilmiş xalis mənfəət əldə etdiyini bildirib. Bankın xalis faiz marjası 2024-cü ildəki 7,7%-dən 8,1%-ə yüksəlib.
2025-ci ildə müştəri depozitləri 8% azalsa da, bankın maliyyələşmə mənbələrinin 80%-ni təşkil etməyə davam edib".
Agentlik bildirib ki, Azərbaycanın suveren reytinqinin yüksəldilməsi növbəti 12-18 ay ərzində Kapital Bankın depozit reytinqlərinin də yüksəldilməsinə səbəb ola bilər:
"Əksinə, bankın aktivlərinin keyfiyyətini, gəlirliliyini və ya kapital adekvatlığını zəiflədən əməliyyat şəraitinin əhəmiyyətli dərəcədə pisləşməsi depozit reytinqlərinin aşağı salınmasına səbəb ola bilər".
Bizi sosial şəbəkələrdən izləyin!!
