Moody's Corp nə qədər qazanır? | Banco.az

Moody's Corp nə qədər qazanır?

Moody's Corp.-un xalis mənfəəti 5,5% artıb

Moody's Corp.-un xalis mənfəəti 5,5% artıb

Amerikanın Moody's reytinq agentliyinin sahibi olan Moody's korporasiyasının xalis mənfəəti 2015-ci ilin birinci rübünün yekunlarına görə 2014-cü ilin eyni hesabat dövrü ilə müqayisədə 5,5% artaraq, 230,1 milyon dollara çatıb, bu haqda kompaniyanın hesabatlarında deyilir.

Səhm payına düşən mənfəətə gəldikdə isə hər bir səhmə düşən mənfəət ötən ilin 1 dolları ilə müqayisədə, artaraq, 1,11 dollara yüksəlib. Ekspertlərin gözləntisi isə bir səhmə görə 1,03 dollar həcmində idi.

Ən sərfəli kredit üçün müraciət et

Ötən ilin analoji dövrü ilə müqayisədə Moody's-in gəlirləri isə 12,8% artaraq, 865,6 milyon dollara çatıb. Əməliyyat mənfəəti isə 371,3 mln dollar təşkil edib ki, bu da 1 il öncənin eyni göstəricisindən 11,5% daha çoxdur.

“İllik rəqəmlərlə ifadə etdikdə isə Moody's-in gəlirləri 13 faiz artıb, bu isə iki rəqəmli artım tempini əks etdirir, həm Moody's Investors, həm də Moody"s Analytics üçün” – korporasiyanın press-relizindən baş icraçı direktor Raymond McDanieldən sitat gətirilir.  

2015-ci ildə dünya iqtisadiyyatının qeyri bərabər  inkişaf proqnozlarına, həmçinin valyuta məzənnələrinin tez dəyişməsinə baxmayaraq, kompaniya cari ilin sonlarına qədər bir səhmə düşən mənfəəti 4,55-4,65 dollar diapazonuna çatdırmağı düşünür.