"Moody's" bu il G20 ölkələrində iqtisadi artımının zəifləməsini gözləyir | Banco.az

"Moody's" bu il G20 ölkələrində iqtisadi artımının zəifləməsini gözləyir

Müəllif: Tamara Mustafayeva, Banco.az

Beynəlxalq kredit reytinqi agentliyi “Moody's” G20 ölkələrində bu il iqtisadi artımın zəifləməsini gözləyir.

Banco.az xəbər verir ki, “Moody's” Qlobal Makro Perspektivlər 2024-25 Hesabatının fevral yeniləməsini "G20 iqtisadiyyatlarının artımı 2024-cü ildə bir qədər aşağı səviyyədə sabitləşəcək" başlığı ilə dərc edib.

Hesabatda qeyd edilir ki, qlobal iqtisadiyyat inkişaf etmiş və inkişaf etməkdə olan bazarlarda iqtisadi fəaliyyətlərin müntəzəm normallaşması ilə Kovid-19-dan sonra tarazlığa keçib. Effektiv siyasət manevrləri, tələb-təklif balansının yaxşılaşdırılması və Avropada qışın mülayim keçməsi kimi yaxşı amillər sayəsində bir çox inkişaf etmiş iqtisadiyyatlar üçün yumşaq enişin mümkün göründüyü bildirilib.

Hesabatda vurğulanır ki, güclü ABŞ iqtisadiyyatı ilə yanaşı, bir çox inkişaf etməkdə olan ölkədə davamlı və gözləniləndən daha güclü post-pandemiya bərpası konstruktiv artım mənzərəsi yaradır. Qeyd olunub ki, ABŞ Federal Ehtiyat Sistemi (FED) və Avropa Mərkəzi Bankı (AMB) yəqin ki, ikinci rübdə faiz dərəcələrini azaltmağa başlayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Hesabatda G20 ölkələrində qlobal artımının 2022 və 2023 səviyyələri ilə müqayisədə azalma ehtimalının olduğu, ötən il 2,9 faiz olan G20 iqtisadi artımının 2024-cü ildə 2,4 faiz, 2025-ci ildə isə 2,6 faiz olacağı proqnozlaşdırılıb.

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et