Bu ilin iyun ayında Monteneqoda fəaliyyətə başlayan Azərbaycan kapitallı "Azmont bank" adını "Nova bank"a dəyişib.
Xatırladaq ki, baş ofisi Podqoritsada yerləşən banka lisenziya bu il, martın 1-də Monteneqro Mərkəzi Bankı tərəfindən verilib. Bu il, iyulun 1-nə maliyyə qurumunun nizamnamə kapitalı 11,98 mln. avro, məcmu kapitalı 11,763 mln. avro, akitivləri 12,135 mln. avro, öhdəlikləri 372 min avro təşkil edib. Bank ilin 1-ci yarısını 217 min avro xalis zərərlə başa vurub.
Monteneqronun sayca 15-ci bankı olan "Nova bank" "Azmont Investments" layihəsinin (Azərbaycan-Monteneqro birgə müəssisəsi) azərbaycanlı investoru tərəfindən "Azerbaijan Global Investments" (AGI) şirkəti ilə tərəfdaşlıq şərçivəsində yaradılıb. "Azmont İnvestments" Boka-Kotor buxtası sahillərində yerləşən Kumbor qəsəbəsindəki "Portonovi" tikinti kompleksi layihəsini reallaşdırırır. Komples 26 hektar ərzini əhatə edir. Komplekin tərkibinə "One&One" hoteli, spa-mərkəz, yaxtalar üçün liman, villalar və evlər, mağazalar və restoranlar daxildir. Mehmanxananın 2018-ci ilin yayında istifadəyə veriləcəyi gözlənilir.
Mənbə : report.az