Milyarderlər Zoom-da sövdələşmələri necə aparırlar? | Banco.az

Milyarderlər Zoom-da sövdələşmələri necə aparırlar?

Nigar Umaxanlı, Banco.az 

Mark Kyuban iddia edir ki, pandemiya dövründə biznesdə insani münasibətlər əvvəlkindən daha vacib rol oynamağa başlayıb. İndi hər kəs üçün çətindir. Ancaq Kyuban diqqəti internetdə sövdələşmələri düzgün bağlamağa yönəltməyi təklif edir. Real həyatda olduğu kimi, yəni üz-üzə və əllərinizdə içkilərlə.

Həmçinin oxu: Milyarder Mark Kyuban ağıllı uşaq böyütməyin sirrini açıqladı 

Mark Kyuban “Inc.com”a verdiyi müsahibədə bildirib ki, sövdələşmə bağlanması kimi vacib hadisələri qeyd etmək lazımdır. Sizinlə iş ortağınızın və həmkarlarınızın video bağlantı vasitəsilə birlikdə bir şey içməyiniz çox məqsədəuyğundur. Spirtli içki mütləq deyil, qəhvə və ya çay da kifayət edər.

Həmçinin oxu: Mark Kyuban: "Mən banan alaram, nəinki bitkoin" 

Bu təcrübə beyinə xoş emosiyaların və komanda işinin nəticəsinin əlaqələndirilməsinə imkan verəcəkdir. Müqavilə bağlamaq və s. kimi tədbirlər münasibətilə bir şey içmək ənənəsi xüsusilə effektivdir. Kyuban izah edir ki, eyni anda beş hiss fəaliyyətə keçir: görmə (məsələn, badədəki şərabın rəngindən alınan estetik zövq), qoxu (yaxşı şərabın ətri), dad, toxunma (içkidən dad almaq) və, nəhayət, eşitmə (söhbətiniz). 

Ən sərfəli kredit üçün müraciət et

Sahibkar həmkara ən bəyəndiyi şərabı və ya xoşladığı dənəvər qəhvəni göndərməyi və video-əlaqə vasitəsilə birlikdə içməyi tövsiyə edir. “Belə bir yığıncaq canlı alternativindən heç də pis deyil, üstəlik, bar və ya restoranın səs-küyünə dözmək də lazım gəlmir”, — Kyuban vurğulayır. 

Həmçinin oxu: Video-müsahibəyə necə hazırlaşmaq lazımdır? 

Bizi sosial şəbəkələrdən izləyin!!

Facebook

Instagram

Telegram

Ən sərfəli krediti almaq üçün müraciət et